Qubaya yağan qar səbəbindən turistlər yolda qalıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Quba rayonunun Xınalıq kəndindən Quba şəhəri istiqamətində hərəkət edən içərisində altı nəfər əcnəbi turistin, sürücü və bələdçinin olduğu “Hyundai” markalı mikroavtobus yağan qar nəticəsində hərəkətini davam etdirə bilməyib.
Yolda qalan turistlər FHN-nin “112” xidmətinə məlumat veriblər. Məlumatla əlaqədar bələdçi ilə telefon əlaqəsi saxlanılıb. Quba rayon DYMH-nin xilasediciləri, Quba Yol İstismar İdarəsinin əməkdaşları və texnikası hadisə yerinə cəlb olunub. Turistlər üçün Xınalıqdan iki ədəd “NİVA” markalı avtomobil ayrılıb.
Hazırda turistlər Quba rayonuna gətirirlər. Onların üçü İspaniya, ikisi Rusiya və biri isə BƏƏ vətəndaşıdır.
Rəylər