Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. T.Mustafayevin sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib:
“Müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ölkənin hər yerində gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb edilib. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.
“Azərişıq” rəsmisi abunəçilərdən xahiş edib ki, baş verə biləcək hər hansı hadisənin qarşısını almaq üçün çağrı mərkəzi ilə əlaqə saxlasınlar:
“Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik, ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza ilə üzləşdikdə 24 saat fəaliyyət göstərən 199 saylı “Çağrı mərkəzi” ilə əlaqə saxlasınlar”.
Rəylər