Hazırda Bibiheybət sürüşmə ərazisində aktivlik olduğu üçün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bunu Oxu.Az-a Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
O bildirib ki, nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün sürücülər alternativ yollara yönləndirilir:
“Xüsusilə bütün yük maşınlarının Bakı-Salyan yolunun 14-cü kilometrliyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb.
Nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayonu ərazisindən keçməklə hərəkətə davam edə biləcək.
Müvafiq yol nişanları qoyulmaqla, bu əraziyə yaxın yerlərdə yaşayan sürücülərin təhlükəsiz hərəkəti təmin ediləcək”.
Könül Cəfərli