Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanılıb.
Oxu.Az xəbər verir ki, ilk mərhələ kimi Şəmkir rayonunda əlilliyi olan şəxslərə arıçılıq üzrə kiçik bizneslərini qurmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) verilib.
Yaxın günlərdə Şamaxı, Zaqatala rayonları və Sumqayit şəhərində də bu proses davam etdiriləcək.
Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şəraitin yaradılması nəzərdə tutulub. Pilot layihələrin icrası üçün 12 şəhər və rayon müəyyən edilib. Həmin bölgələr üzrə işsiz kimi qeydiyyatdan keçmiş, əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi aparılıb.
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
Rəylər