Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vitse-spikerlə deputat arasında GƏRGİNLİK: “Çıxışlarınıza qulaq asanda mərsiyəçi yadıma düşür”
“Biz bələdiyyələrlə bağlı qüsur və nöqsanları daim gündəmə gətirmişik. Onların aradan qaldırılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.
Vitse-spiker bildirib ki, Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yeri var:
“Bələdiyyələrdə qüsurlar, nöqsanlar var. Bununla bağlı deputatlar zaman-zaman çıxış edirlər. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvət almaqda təqsirləndirmək insan hüquqlarının pozulmasıdır. Eyni zamanda, yaxşı işçilərin fəaliyyətinə qara yaxmaqdır”.
Vitse-spiker deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: “Çıxışlarınıza qulaq asanda, adı sizin adınıza oxşayan bir mərsiyəçi var, o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun”.
Qeyd edək ki, deputat R.Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin və onun işçilərinin fəaliyyətini tənqid edib
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib
Rəylər