Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda Ermənistan istehsalı siqaret satılmasına Gömrük Komitəsindən REAKSİYA - YENİLƏNİB + VİDEO
Ötən gün Sabirabad rayonunda mağazalardan birindən Ermənistan istehsalı olan siqaretin alındığına dair məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatları əks etdirən foto və video redaksiyamıza oxucular tərəfindən göndərilib.
Dövlət Gömrük Komitəsi (DGK) məsələ ilə bağlı araşdırma aparıb və bununla bağlı rəsmi münasibət yayıb.
Komitədən verilən məlumata görə, DGK-nin aidiyyəti qurumları tərəfindən Sabirabad və ətraf rayonlardakı mağazalarda, topdan və pərakəndə satış məntəqələrində ciddi araşdırma aparılıb. Araşdırma zamanı Ermənistan istehsalı tütün məhsullarının satışı aşkar edilməyib:
“Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz və bu ölkədə istehsal edilən məhsulların ölkə ərazisinə gətirilməsi qəti qadağandır.
Qeyd edək ki, komitənin müvafiq qurumları bu barədə mütəmadi məlumatlar yayır və Ermənistan mənşəli məhsulların gömrük-keçid məntəqələrində aşkar olunaraq, məhv edilməsi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır”.
18 may, 13:51
Azərbaycanda istehlakçı Ermənistanda istehsal olunmuş siqaret satıldığının şahidi olub.
Oxu.Az xəbər verir ki, bu barədə redaksiyamıza müvafiq foto və videolar göndərilib.
Sübutları göndərən yerli sakin iddia edir ki, siqareti Sabirabadda yerləşən marketlərdən birindən alıb:
“Sabirabadın girişindəki dairəvi yolun yaxınlığında yerləşən kiçik marketə daxil oldum. Siqaret alıb çıxdım. Onun üzərində “Masis” yazılıb. Sonra diqqətlə baxanda üzərində “Made in Armeni” yazısını gördüm.
Bəlkə də, inanmazlar, amma üç aydan çoxdur, ölkədə karantin rejimi tətbiq olunur. Heç yerə gedə bilmirik. Ermənistan istehsalı olan siqaretlər Azərbaycana necə gətirilib, başa düşə bilmirəm”.
Könül Cəfərli
"DGK" teqi üzrə xəbərlər
- Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
- Oruc Zalovun polkovnik oğlu vəzifəsindən AZAD EDİLDİ
- Süni gellərin ölkəyə gətirilməsinə icazə var? - Ağır fəsadları açıqlandı
- Azərbaycanda "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə dəyişib
- İlham Əliyev DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında imzalanmış qrant müqaviləsini təsdiq etdi
Rəylər