Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ay tutulması başa çatdı - FOTO + YENİLƏNİB
Ay tutulması hadisəsi başa çatıb.
Tutulma Azərbaycan ərazisində də müşahidə edilib.
00:35
İlin ikinci Ay tutulması Azərbaycanın Qərb bölgəsində də izlənilir.
“Report”un Qərb mərkəzinin məlumatına görə, Qazax, Ağstafa, Tovuz rayonlarında Ay tam görsənsə də, digər ərazilərdə, həmçinin Gəncə şəhərində göy üzü buludlu və buludlu olduğundan Ayın izlənilməsi tam mümkün deyil. Lakin arabir buludların arasından Yerin təbii peykinin müşahidəsi mümkün olur.
Ay tutulması şimal-qərb bölgələrində də izlənilir. Lakin respublikanın şimalında Ayın tutulmasını izləmək mümkün olmayıb. Təbiət hadisəsi havanın buludlu və yağıntılı olması səbəbindən respublikanın şimal bölgəsində müşahidə olunmayıb.
21:46
2020-ci ilin ikinci Ay tutulması başlayıb.
Oxu.Az-ın məlumatına görə, ikinci Ay tutulması iyunun 5-dən 6-na keçən gecəyə təsadüf edir.
Bu, yarımkölgəli Ay tutulmasıdır.
Tutulma hadisəsi Bakı vaxtı ilə saat 21:46-da başlayır və saat 01:04-də sona çatacaq.
Tutulmanın maksimumu saat 23:26-da olacaq.
Bu hadisə Azərbaycan ərazisindən də müşahidə olunur.
Qeyd edək ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş vermişdi.
İlhamə Əbülfət
"Ağstafa" teqi üzrə xəbərlər
- Ağstafada minik avtomobili aşıb: Xəsarət alan var
- Ağstafada bağça əməkdaşları müdirdən şikayətçidirlər - Ağır ittihamlar var
- Azərbaycanda toyda kütləvi zəhərlənmənin DETALLARI: Ev yiyəsi danışdı
- Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildi
- Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi - Xəbərlərin 20:00 buraxılışı
Rəylər