Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Koronavirusdan sağalma müddəti açıqlandı - RƏSMİ
“Bu gün Azərbaycanda koronavirus xəstələrinin sağalma müddəti də uzanıb. Xəstələr orta hesabla 12-14 gün ərzində sağalır”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, hazırda koronavirusa yeni yoluxanlarla sağalanların sayında müəyyən fərq yaranıb:
“Xəstəxanada uzun müddət qalanların sayı çoxalıb. Bu da müəyyən qədər xəstəxanalarda yerlərin qısa zamanda dolmasına səbəb olur. Adətən, xəstəxanaların çarpayı fondunun 15 faizi reanimasiya şöbəsi üçün nəzərdə tutulur. Xəstələrin böyük əksəriyyətinin oksigenə ehtiyacı yaranır. Bu, COVID-19 üçün xarakterikdir.
Xəstəxanaların oksigen sistemi buna hesablanmayıb. Bunu nəzərə alaraq, üç ay ərzində səhiyyə ocaqlarına yüksək keyfiyyətli oksigen generatorları gətirmişik. Xəstəxanaların böyük əksəriyyətində oksigen balonları generatorlarla əvəz olunub”.
Könül Cəfərli
"Azərbaycanda koronavirus" teqi üzrə xəbərlər
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Bu xəbərləri qaçırmayın: 02.10.2024-ün ən mühüm hadisələri
- Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb - RƏSMİ
- Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? - Təyyar Eyvazov AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 22.08.2024-ün ən mühüm hadisələri
Rəylər