Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat Neftçala ilə bağlı həyəcan təbili çaldı
“Neftçalada heyvanların belə su içməsi mümkün deyil”.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, Kür çayının səviyyəsi enir və ona dəniz suyu qarışır. “Nəticədə, su şoranlaşır. Heyvanlar susuzluqdan qırılır, bostanlar quruyur. İnsanlar içməyə su tapmır”, - deyə, S.Rüstəmxanlı əlavə edib.
Millət vəkili qeyd edib ki, Kür çayından Neftçalaya içməli suyun verilməsi üçün boru çəkilməsi nəzərdə tutulurdu, bunun üçün 5 milyon manat ayrılmışdı: “Ancaq həmin su kəməri çəkilmədi. Neftçalada su problemi ilə bağlı həyəcan təbili çalıram. Bu gün problemdən çıxış yollarından biri də dəniz suyunun şirinləşdirilməsidir”.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
Rəylər