Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlılar Türkiyədə çıxılmaz vəziyyətdə qalıb: “Vətənimizə qayıda bilmirik” - VİDEO
Azərbaycan vətəndaşları Türkiyədə çarəsiz vəziyyətdə qalıblar.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Paylaşımlarda vətəndaşlar Türkiyənin İstanbul şəhərində çətin vəziyyətdə qaldıqlarını bildirirlər:
“Minlərlə insan burada Azərbaycanın İstanbuldakı konsulluğunun qarşısında evə qayıdacağı günü gözləyir. Çıxılmaz vəziyyətdə qalmışıq. Xəstəsi, qocası var. Vətənimizə qayıda bilmirik”.
Xanımlardan biri “Mən dərmanla yaşayıram, xəstə adamam. Vətənimə qayıdıb, uşaqlarımın yanında ölmək istəyirəm. Məni burada saxlayıb nə üçün öldürürsünüz” deyərək, konsulluq əməkdaşlarına səslənib. Buna baxmayaraq, konsulluq əməkdaşı qapının narazı insanların üzünə bağlayıb.
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli
"Türkiyə" teqi üzrə xəbərlər
- "Haber Global"da ABŞ rəsmilərinin PKK/YPG ilə bağlı ziddiyyətli mövqeyi təhlil edilib
- İstanbul boğazında balıqçı qayıqdan dənizə yıxıldı: Son anda xilas edildi
- İstanbul-Kazan səhər reysləri müvəqqəti olaraq dayandırılır
- Türkiyədə qadın avtobusu idarə edən ərinə bıçaqla hücum edib
- "Haber Global"da Əsma Əsədin Britaniya kəşfiyyatı ilə gizli münasibətləri müzakirə edilib
Rəylər