Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Baş nazirdən təhsillə bağlı QƏRAR: İllik xərclər təsdiqləndi - CƏDVƏL
Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edilib.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Əvvəlki qərarın 1-ci hissəsində, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı təsdiq edilmişdi.
Baş nazir Əli Əsədovun yeni qərarı isə təhsil xərclərinin illik miqdarını müəyyənləşdirir.
Qərarda, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana illik xərclərin miqdarı göstərilib.
Sənəddə ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı təsdiqlənib. Lakin burada dissertantlıq istisna təşkil edir.
İllik xərclər üzrə cədvəlləri təqdim edirik:
Aqşin Kərimov
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR
- Nazirlər Kabineti digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə bağlı qərar verib
- Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi
- Azərbaycanda "Qrantların reyestrinin aparılması Qaydaları" təsdiqlənib
Rəylər