Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nazirlik rəsmisi fərdi qoruyucu vasitələrlə təminatdan danışdı
“Fərdi qoruyucu vasitələrin istifadəsinə dair qaydalar fərqlidir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, tibb işçiləri fərdi qoruyucu vasitələrlə tam təmin olunur:
“Bu istiqamətdə heç bir problem yoxdur. O ki qaldı qoruyucu vasitələrin düzgün istifadə qaydalarına, bu barədə TƏBİB tərəfindən metodiki göstəriş hazırlanıb.
Fərdi qoruyucu vasitələrin istifadəsinə dair qaydalar fərqlidir. Orada istifadə edilən qoruyucu vasitələrin hansı müddətdən bir dəyişdirilməsi barədə ətraflı məlumatlar əks olunub”.
Könül Cəfərli
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər