Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputat: “Şəkililərin həllini illərdir gözlədiyi problem çözüləcək”
Şəkidə illərdir su-kanalizasiya problemi var. Şəhər sakinləri bildirirlər ki, illərdir kanalizasiya xətlərinin bərpa ediləcəyi deyilsə də, heç bir iş görülmür.
113 saylı Şəki Şəhər Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Vüqar İskəndərov mövzu barədə Oxu.Az-a danışıb.
Millət vəkili bildirib ki, Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar IV mərhələ üzrə tikinti-quraşdırma işləri davam etdirilir.
Hazırda şəhərin Sabit Rəhman, Salman Mümtaz, M.Abbasov, Q.Axundov və A.Nemətulla küçələrində 10 briqada tərəfindən tikinti işləri davam etdirilir. Layihə çərçivəsində 3524 p/m kanalizasiya xətti, 4906 p/m su xətti çəkilib, 545 su-ev birləşməsi, 514 kanalizasiya-ev birləşməsi aparılıb, 2300 sayğac quraşdırılıb.
Bununla belə, problemlər qalmaqdadır. Deputat problemin səbəblərindən biri kimi Şəkinin tarixi şəhər olmasını göstərib.
“Nəzərə alaq ki, SSRİ vaxtında Şəki şəhərinin cəmi 10 faiz hissəsində kanalizasiya sistemi olub. Şəkidə kanalizasiya sisteminin olmamasının səbəbi buranın tarixi şəhər olması ilə bağlıdır”, - deyə V.İskəndərov əlavə edib.
Deputatın fikrincə, yaxın zamanlarda Şəkidə su-kanalizasiya sisteminin tam quraşdırılması başa çatacaq:
“Bundan sonra şəkililərin illərlə həllini gözlədiyi problem çözüləcək”.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
Rəylər