“Məktəblərin, uşaq bağçalarının açılması müzakirə edilib. Vətəndaşlarımız, ölkəmiz üçün ən doğru qərarlar qəbul ediləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, vətəndaşlarımız üçün doğru qərarların qəbuluna çalışılır:
“Bu barədə ictimaiyyətə məlumat veriləcək. Məktəblərin açılması məsələsi ÜST-ün Azərbaycandakı missiya üzvləri ilə müzakirə olunub.
Həmçinin, bu yolu keçmiş bəzi ölkələrin təcrübəsini müzakirəyə çıxarmışıq”.
İlhamə Əbülfət
Rəylər