Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Fərhad Həsənov bu vəzifəyə təyinat alıb. F.Həsənov avqustun 7-dən vəzifəsinin icrasına başlayıb.
Bundan əvvəl müvafiq vəzifəni Kabus Dadaşov icra edib.
TƏBİB-dən faktı Oxu.Az-a təsdiq ediblər.
Qeyd edək ki, bu barədə ilk məlumatı Report yayıb.
Könül Cəfərli
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər