27 
Avq
2020
11:25
29
183
10594
Virtual karabakh

Nazirlikdən karantində qızına nişan etdiyi üçün cəzalandırılan vəzifəli şəxslə bağlı AÇIQLAMA

27 Avq, 2020
11:25
10594

Nazirlikdən karantində qızına nişan etdiyi üçün cəzalandırılan vəzifəli şəxslə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyi Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovaya karantin zamanı nişan etməsi ilə bağlı məlumatlara münasibət bildirib. 

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların pandemiya dövründə karantin rejiminin qaydalarına əməl etmələri barədə nəzarət funksiyasını aidiyyəti qurumlar həyata keçirir:

“Bununla bağlı müvafiq qurumlara müraciət etməyiniz tövsiyə edilir. Təhsil Nazirliyi hər kəsin qaydalara əməl edəcəyinə, ümumi sağlamlığımız üçün tədbirli davranacağına ümidvardır”.

Xatırladaq ki, iyulun 9-da Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın Ağdam rayonu Quzanlı qəsəbəsində nişan mərasimi keçirilib.

Mehparə Əzizovanın Ağdam Rayon İcra Hakimiyyətinin işçisi olan Fəzəməli Nurlan Muradxan oğlu ilə nişanlandığı və nişan mərasimində rayonun icra hakimiyyətinin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi iddia edilib. 

Mətanət Misirxanova ötən gün redaksiyamıza açıqlamasında karantin qaydalarını pozduğuna görə haqqında Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edildiyini də bildirib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri