21 
Sen
2020
13:51
251
51
13726
Virtual karabakh

Sumqayıtda onlarla gənc Mədəniyyət Mərkəzinin qarşısına niyə yığışıb? - VİDEO

21 Sen, 2020
13:51
13726

Sumqayıtda onlarla gənc Mədəniyyət Mərkəzinin qarşısına niyə yığışıb? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda onlarla gəncin şəhərin Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin qarşısına yığışması ilə bağlı məlumat yayılıb. 

Bununla bağlı görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.

Mədəniyyət Mərkəzinin qarşısına toplaşan valideynlərin Oxu.Az-ın müxbirinə dediklərindən məlum olur ki, səhər saatlarında Mənzil Kommunal və Texniki Xidmət Sahəsindən evlərə zəng edilərək, övladlarının hərbi biletlə Mərkəzin qarşısına gəlməli olduqları bildirilib. 

Mədəniyyət Mərkəzinin qarşısına Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri də gəliblər. 

Oxu.Az-ın müxbirinin suallarını cavablandıran nümayəndələrdən biri toplanışın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirildiyini və təlim məqsədi daşıdığını bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri