28 
Sen
2020
15:06
348
86
11334
Virtual karabakh

Komendant saatı ilə əlaqədar Bakı metrosunun fəaliyyətində dəyişiklik olacaqmı? - AÇIQLAMA

28 Sen, 2020
15:06
11334

Komendant saatı ilə əlaqədar Bakı metrosunun fəaliyyətində dəyişiklik olacaqmı? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Metropolitenin iş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmayıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metropoliten stansiyaları səhər saat 6:00-dan gecə 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq:

“Sərnişinlərin diqqətinə çatdırırıq ki, mövcud vəziyyətdə “Bakı metropoliteni”nin iş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. Metropoliten stansiyaları, əvvəlki qayda ilə, səhər saat 6:00-dan gecə 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə bütün ölkə ərazisində 2020-ci il 28 sentyabr saat 00:00-dan hərbi vəziyyət elan edilib.

Həmçinin, bir sıra regionlarda, o cümlədən, paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri