Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sumqayıt İcra Hakimiyyəti: “Qarın yaratdığı fəsadlar aradan qaldırılıb” - FOTO
Qarlı hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Sumqayıtda ictimai nəqliyyat fəaliyyətdədir.
Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, şəhərdə gecə saatlarından yağan qar yollarda hərəkətə maneə yaratmayıb. Belə ki, yolların gecə saatlarından etibarən təmizlənməsinə başlanılıb. Xeyli sayda texnika qarın təmizlənməsinə cəlb olunub:
"Şəhər ərazisində yollarda hərəkət davam edir. İctimai nəqliyyatın, eləcə də minik avtomobillərinin fəaliyyətində heç bir problem yoxdur. Hazırda da şəhərin küçə və prospektlərində qarın təmizlənməsi davam etdirilir".
Könül Cəfərli
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- Sumqayıtda gənc buzlanmış yolda təhlükə yaratdı - DYP çağırış etdi
- Sumqayıt sakinlərinin sahibsiz it problemi: "Uşaqlarımızı qorxa-qorxa məktəbə aparırıq"
- Sumqayıtda 46 yaşlı kişi baltalanıb
- Yaşayış binasının həyəti ÇÖKDÜ: Sakinlər təşviş içində
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR