İyl
2021
15:08
234
34
2442
Virtual karabakh

Azərbaycanlı alimin COVID-19-a qarşı hazırladığı vaksin istehsal edilə bilər

8 İyl, 2021
15:08
2442

Azərbaycanlı alimin COVID-19-a qarşı hazırladığı vaksin istehsal edilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“COVID-19 infeksiyası vaksin hazırlanması texnikasında sürətli irəliləyişlərə səbəb oldu. ÜST-ün COVID-19 vaksinləri ilə bağlı saytı var və hər kəs oradan hansı vaksinlərin sınaq mərhələsində olduğunu görə bilər”.

Oxu.Az xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, hazırda insanlar üzərində yoxlanılan, yəni klinik sınaqlardan keçirilən 100-dən çox vaksin var:

“Lakin laboratoriya şəraitindən yoxlanılan 180-ə yaxın vaksinlər var. AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun hazırladığı vaksin bu siyahıya daxil edilib. Əgər onların hazırladığı vaksin kliniki sınaq mərhələsindən keçərsə, gələcəkdə onun istehsalı da mümkün ola bilər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri