19 
Avq
2021
12:08
14
121
2300
Virtual karabakh

Koronavirusa yoluxmuş xəstələr nə vaxtdan qan verə bilər? - AÇIQLAMA

19 Avq, 2021
12:08
2300

Koronavirusa yoluxmuş xəstələr nə vaxtdan qan verə bilər? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir insandan alınan qan 42 gün ərzində istifadə edilməlidir. Hazırda Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı var.  Amma nəzərə almaq lazımdır ki, qan daimi ehtiyacdır. Vətəndaşları Mərkəzi Qan Bankının paytaxt və bölgələrdəki bölmələrində qan verməyə çağırırıq”.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirib.

Onun sözlərinə görə, respublikada 1500-dən çox talassemiyalı xəstəyə hər 2-3 həftədə bir dəfə qan köçürülür.

Q.Ələkbərova bildirib ki, koronavirsa yoluxub və sağalmış şəxs 28 gün sonra qan verə bilər:

“Qan vermək immun sisteminə yaxşı təsir edir, yeni qan hüceyrələrinin yaranmasına səbəb olur”.

Qeyd edək ki, Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u - Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.

Vətəndaşlar avqustun 19-da saat 09:00-dan başlayaraq Mərkəzi Qan Bankının müvafiq bölmələrinə yaxınlaşaraq, könüllü qanvermə aksiyasında iştirak edə bilərlər. Qanvermə aksiyası Məhərrəm ayı boyu davam edəcək.

Aşura günü ilə bağlı Azərbaycanda qan veriləcək məntəqələrin siyahısını təqdim edirik.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri