29 
Avq
2021
09:47
257
81
1362
Virtual karabakh

İTV 16 yaşında - Oxu.Az təbrik edir

29 Avq, 2021
09:47
1362

İTV 16 yaşında - Oxu.Az təbrik edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündür.

Şirkətin 16 yaşı tamam olur.

Şirkət “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.

İctimai Televiziyanın verilişləri Azərbaycanın bütün ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır. 

Televiziyanın mənzil qərargahı Bakı şəhərində yerləşir və Avropa Yayım İttifaqının üzvüdür.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balaş Qasımovdur.

O, bu vəzifəyə 2018-ci il iyunun 1-də seçilib.

Vətən müharibəsi vaxtı da İTV informasiya müharibəsində ilk sıralarda yer almışdı.

Oxu.Az kollektivi İctimai Televiziya və İctimai Radioda çalışan həmkarlarını təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri