Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
DİN: Karantin cəriməsini ödəməyənlər axtarışa veriləcək - VİDEO
Karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər.
Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.
“İnzibati Xətalar Məcəlləsində müvafiq norma var və bu normaya əsasən karantin qaydalarını pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir. Cərimə ödənilməsə, müvafiq qaydada ədliyyə orqanlarına borc yükü ilə bağlı məlumat göndərilir. Vətəndaş bilməlidir ki, barəsində tətbiq olunan pul cəriməsi onun üzərində borc yükü kimi qalır. Məhkəmə tərəfindən inzibati icraata uyğun olaraq onun ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Yəni 30 gün ərzində cərimə ödənilməsə, probasiya və məhkəmə xətti ilə onun ödənilməsi təmin ediləcək. Əgər şəxs tapılmasa və cəriməni ödəməsə, axtarışa verilir və həmin axtarışla bağlı müvafiq dövlət qurumundan polisə məlumat daxil olur. Axtarış üzrə isə vətəndaş tapılaraq, cərimənin ödənilməsi təmin edilir”, - deyə o bildirib.
"DİN" teqi üzrə xəbərlər
- DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
- 5 dəqiqəyə 20 minin xərclənməsi: "TikTok"da çirkli pullar necə yuyulur?
- "TikTok"da təhlükəli trendə qoşulan şəxs həbs edildi
- "TikTok"da əxlaqsızlığı təbliğ edənlər saxlanıldılar: Aralarında Azər Zahid də var
- Bağçaya işə düzəltmək adi ilə dələduzluq edən şəxs saxlanıldı
Rəylər