19 
Okt
2021
16:52
321
103
9742
Virtual karabakh

Avtomobilində yazı və şəkil olan sürücülərin NƏZƏRİNƏ: DYP hərəkətə keçdi - FOTO/VİDEO

19 Okt, 2021
16:52
9742

Avtomobilində yazı və şəkil olan sürücülərin NƏZƏRİNƏ: DYP hərəkətə keçdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar bəzi sürücülər nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazır, fotolar yapışdırırlar. 

Oxu.Az-ın məlumatına görə, belə yazılar, fotolar digər sürücülərin diqqətini cəlb edir, idarəetmədən yayındırır ki, bu da qəzalara səbəb olur. 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev Oxu.Az-a bildirib ki, avtomobil yollarında bəzi sürücülərin hansısa məqsədlə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları, yaxud fotolar yapışdırmaları ilə bağlı artıq tədbirlər görülür:

“Yol-patrul xidməti əməkdaşları tərəfindən bu cür nəqliyyat vasitələri dayandırılır və həmin yazıların, fotoların çıxarılması təmin edilir”.

N.Piriyev məsələ ilə bağlı sürücülərə müraciət edib:

“Nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edirik. Əks halda belə nəqliyyat vasitələri dayandırılacaq və müvafiq tədbirlər görüləcək. Bu da həm müəyyən vaxt itkisinə, həm də narahatlığınıza səbəb olacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri