Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Zığda ağaclıq ərazidə yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, ağaclıq ərazidə 700 m² sahədə quru ot, qamışlıq və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Kürdə batdığı ehtimal edilən 13 yaşlı qızın axtarış işləri davam etdirilir
- Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır
- Ağdamda tikilinin damında kişi meyiti tapılıb
- Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək - RƏSMİ
- Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb
Rəylər