28 
Sen
2022
17:11
10
194
3461
Virtual karabakh

Bakı-Ələt-Astara yolunda zəncirvari qəzanın TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO/VİDEO

28 Sen, 2022
17:11
3461

Bakı-Ələt-Astara yolunda zəncirvari qəzanın TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Ələt-Astara yolunda baş verən zəncirvari qəzanın təfərrüatı bəlli olub.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə Bakı-Ələt-Astara yolunun 70-ci kilometrliyində qeydə alınıb:

“Bakı istiqamətində hərəkətdə olan “Mercedes-Benz” markalı 99 KT 981 dövlət nömrə nişanlı avtobus qarşıda hərəkətdə olan nəqliyyat vasitəsilə müvafiq qaydada ara məsafəsi saxlamadığına görə toqquşub. Nəticədə avtobusun qarşısında hərəkətdə olan eyni markalı minik avtomobili zərbənin gücündən özündən öndə hərəkətdə olan MAN markalı yük avtomobilinə çırpılıb.

Yük avtomobili də digər minik avtomobilinə çırpılıb. Qeydə alınan zəncirvari qəza nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Hər hansı xəsarət yoxdur”.

16:32

Bakı-Ələt-Astara yolunda zəncirvari qəza baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə yolun Qobustan rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşını, minik avtomobili və avtobus toqquşub.

Hadisə nəticəsində avtomobillər yararsız hala düşüb. Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Nəzrin Vahid, Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri