Ağdam rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in xəbərinə görə hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşını “Mercedes-Benz” markalı minik maşınına, “Mercedes-Benz” isə BMW markalı maşına çırpılıb. Hər iki minik maşını ciddi zərər görüb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma başlanıb.