Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Hacı Şahin təcili tibbi yardım gələnə kimi vəfat edib” - YENİLƏNİB + FOTO/VİDEO
“Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin heç vaxt ürək problem olmayıb”.
Bunu Oxu.Az-a onun yaxınları məlumat veriblər.
Bildirilib ki, ötən gün gündüz saatlarında onun səhhətində narahatlıq olub.
Bu zaman Hacı Şahin Həsənli özü həkimə müraciət edib. Daha sonra evə gəlib.
Yaxınları qeyd ediblər ki, gecə saatlarında ürəyindən yenidən ağrı tutub və təcili tibbi yardım gələnə kimi vəfat edib.
10:06
TƏBİB Hacı Şahin Həsənlinin ölüm səbəbi ilə bağlı məlumat yaydı.
TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.
Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.
Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.
Rəylər