22 
May
2023
17:55
12
272
2816
Virtual karabakh

Bakıda içməli su kanalında acınacaqlı vəziyyət barədə açıqlama - YENİLƏNİB + VİDEO

22 May, 2023
17:55
2816

Bakıda içməli su kanalında acınacaqlı vəziyyət barədə açıqlama - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində içməli su kanalında yaranan acınacaqlı vəziyyətlə bağlı açıqlama verib.

ASC-nin mətbuat katibi Dilqəm Şərifov Oxu.Az-a açıqlamasında bildirib ki, ərazidə yaşayan insanlar tullantıları kanala atırlar:

“Yerli icra hakimiyyəti, bələdiyyələr bu cür kanalların ətrafında yaşayan insanların məişət tullantılarını atmaq üçün zibil qutuları qoymalıdırlar. Su anbarlarını, kanalları qorumalıyıq. Çünki həmin zibillər su təsərrüfatı qurğularını sıradan çıxarır. Bəzən suyun qarşısı tutulur. Bizim əməkdaşlar əraziləri gəzir, yerli kanalları təmizləyirlər, həftəsonu yenə çirkləndirilir. Problem kökündən həll edilməlidir”.

16:32

Bakı şəhərində içməli su kanalında acınacaqlı vəziyyət yaranıb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Xəzər rayonunda içməli su kanalı zibilxanaya çevrilib - ərazidə yaşayan insanlar məişət tullantılarını kanala atırlar. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.az RU (@ruoxuaz)

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri