Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şahin Seyidzadə: “Abidələrin qorunmasında yeni metodlara ehtiyac var” - FOTO
“Ölkə başçısının xüsusi qayğısı nəticəsində bu gün İçərişəhər göz oxşayır. Bu gün türk dövlətləri ilə birgə toplaşmağımızın səbəbi dayanıqlı, mədəni irsin qorunması sahəsində müzakirələr aparmaqdır”.
Oxu.Az xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil etdiyi “Yaşanılabilən və dayanıqlı irs şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə deyib.
O bildirib ki, coğrafiyasından asılı olmayaraq, abidələrin, irsin korlanması məsələsinə xüsusi diqqət ayrılır:
“Bu istiqamətdə çağırışların qarşısının alınmasına, mədəni irsin gələcəyə ötürülməsinə və yeni metodlara ehtiyac var. UNESCO-nun mədəni irs siyahısına ilk daxil edilən İçərişəhər Qoruğu bu istiqamətdə bütün qurumlarla əməkdaşlığa hazırdır. İçərişəhərdəki abidələrin qorunması həyata keçirilir. Çalışırıq ki, bunu orijinallığı saxlayaraq gerçəkləşdirək.
Tarixi şəhər mühitinin qorunması 2007-ci ildən bu günə qədər qəbul edilən Baş Plana uyğun həyata keçirilir. Bizim əsas hədəfimiz İçərişəhərin memarlıq üslubunun qorunması, bərpa və restavrasiya sahəsində tərəfdaşlarla birlikdə gənc bərpaçıların biliklərinin artırılmasıdır.
İkinci hədəf incəsənətə önəm verərək gənclərin taxta, ipək üzərində əl işləri hazırlamasını təşviq etməkdir. Qurama ənənəsinin təbliğinə geniş yer ayrılıb. Biz türk dövlətlərini bu istiqamətdə də bizimlə birgə əməkdaşlıq etməyə çağırırıq”.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
Rəylər