11 
Okt
2023
14:21
468
23
4792
Virtual karabakh

Füzuliyə yola salınan 22 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO

11 Okt, 2023
14:21
4792

Füzuliyə yola salınan 22 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 59 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.

06:45

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Oxu.Az-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 22 ailə (59 nəfər) Füzuli şəhərinə yola salınıb.

Xatırladaq ki, Füzuli şəhərində indiyədək 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin edilib.

Daha çox şəkil burada: PhotoStock.az

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri