28 
Noy
2023
22:50
20
360
7989
Virtual karabakh

Ödənişli yolda qəza: Ölənlər var - YENİLƏNİB + FOTO

28 Noy, 2023
22:50
7989

Ödənişli yolda qəza: Ölənlər var - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TƏBİB ödənişli yolda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə açıqlama yayıb.

Qurumdan bildirilib ki, 1964-cü il təvəllüdlü vətəndaş 28.11.2023-cü il tarixində saat 19:00 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olan pasiyentə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarının küt travması, qabırğaların çoxsaylı sınıqları diaqnozu qoyulub.

Həkimlərin səylərinə baxmayaraq, pasiyent saat 20:39 radələrində vəfat edib.

21:33

Ödənişli yolda “Nissan” markalı avtomobilin aşması nəticəsində xəsarət alan 59 yaşlı Xalis Babayev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

APA xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

21:10

Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “Nissan” markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Təranə Ənvər qızı Babayeva hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Daha bir nəfər, 1964-cü il təvəllüdlü Xalis Abiddin oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri