Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Xalq rəssamı Qəyyur Yunusun 75 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTO/VİDEO
Aprel ayının 12-də Müasir İncəsənət Muzeyində Azərbaycanın dünyaca tanınmış ustad rəngkarı və xalq rəssamı Qəyyur Yunusun “Sağ əlin sərvəti” adlı 75 illik yubiley sərgisinin açılış mərasimi olub.
Oxu.Az xəbər verir ki, sərgidə rəssamın son zamanlarda yaratdığı 72 ədəd həm rəngkarlıq, həm qrafik əsərləri nümayiş olunur. Sərgilənən əsərlər Azərbaycanın və İslam dünyasının zəngin mədəni köklərini əks etdirən simvolik elementlərdən ilhamlanır, eyni zamanda, müasir incəsənət texnikaları ilə birləşərək Qəyyur Yunusun özünəməxsus üslubunu vurğulayır.
Qeyd edək ki, sərgi aprelin 30-dək davam edəcək.
Qeyd edək ki, Qəyyur Yunus 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. O, 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Kollecini, 1977-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar "Humay" mükafatına layiq görülüb. Hazırda rəssamın əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
Rəylər