23 
Apr
2024
14:23
16
258
5180
Virtual karabakh

Astarada intihar edən yeniyetmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO

23 Apr, 2024
14:23
5180

Astarada intihar edən yeniyetmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada intihar edən yeniyetmənin dərsə hazırlıq səviyyəsi aşağı olub.

Bu barədə Oxu.Az-a Lənkəran-Astara Regional Təhsil İdarəsi Astara rayonu üzrə təhsil sektorundan məlumat verilib.

Bildirilib ki, onun hazırlıq səviyyəsinin aşağı olması ilə bağlı özü ilə də söhbətləşmə aparılıb:

“Astara rayonu Rinə kənd tam orta məktəbin şagirdi Zöhrab Sərxan oğlu Fətəliyev oxuduğu illər ərzində özünü tərbiyəli şagird kimi aparıb. Lakin onun dərsə hazırlıq səviyyəsi aşağı olub. Bununla əlaqədar onunla fərdi şəkildə söhbətlər aparılıb və eyni zamanda valideynləri də məlumatlandırılıb. Görülən tədbirlərə baxmayaraq onun yaxşı oxuması barədə müsbət nəticə əldə edilməyib. Şagirdimiz həm müəllimlərlə, həm də sinif yoldaşları ilə münasibətdə səmimi və mehriban olub, məktəb tədbirlərində fəal iştirak edib, şagird davranış qaydalarını ciddi şəkildə pozmayıb”.

12:09

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi, qardaşının isə əsgərlikdə olduğu, onun isə tərbiyəli və ibadətlə məşğul olduğu qeyd olunub.

Məktəbdən isə uşağın təzyiqə və digər zorakılığa (bullinqə) məruz qalmadığı, onun nümunəvi bir şagird olduğu bildirilir.

Z. Fətəliyevin istifadə etdiyi mobil telefon isə prokurorluğa təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

11:28

Astarada intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, rayonun Rinə kənd sakini, 15 yaşlı Z.Fətəliyev işlədiyi neft məhsullarının satışı mağazasında özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Almaz Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri