Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Benzema 5 il müddətinə azadlıqdan məhrum ola bilər
Madridin “Real” komandasının futbolçusu Kərim Benzema fransız “Lion”u üçün oynayan Moskva “Dinamo”sunun sabiq oyunçusu Matye Valbuenaya qarşı şantajda iştirak etdiyini etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb.
Çərşənbə günü Benzema Versal polisi tərəfindən saxlanılıb.
Benzemanın “Şantaj və cinayətkar qəsddə iştirak” maddəsi ilə nəzərdən keçirilən cinayət işi beş ildən az olmayaraq azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Futbolçu cümə axşamı məhkəmə qarşısına çıxıb.
Daha öncə Valbuenanın şantaj edilməsində şübhəli bilinən Krasnodarın “Kuban” komandasının və “Liverpul”un sabiq forvardı Cibril Sisse daxil olmaqla dörd nəfər həbs edilmişdi.
Onlarda Valbuenaya qarşı intim məzmunlu videonun olması ehtimal edilirdi.
Bir müddət sonra polis Sisseni buraxıb, belə ki, ona qarşı yetərli dəlil olmayıb. Həbs edilən digər üç nəfər şübhəlilər qismində qalıb.
Benzema Valbuena ilə video haqqında danışdığını etiraf edib və bunu videoya sahib olan digər üç şantajçı ilə əlaqəli olan uşaqlıq dostunun xahişi ilə etdiyini deyib.
E.Ə.
www.oxu.az
Rəylər