İyl
2018
09:55
185
24
4680
Virtual karabakh

DÇ-2018: Bu gün son iki yarımfinalçı məlum olacaq

7 İyl, 2018
09:55
4680

DÇ-2018: Bu gün son iki yarımfinalçı məlum olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Rusiyada keçirilən futbol üzrə 21-ci dünya çempionatının son iki yarımfinalçısı məlum olacaq.

Oxu.Az-ın xəbərinə görə, dörddəbir final mərhələsinin iyulun 7-də keçiriləcək digər görüşlərində İsveç ilə İngiltərə yığması, ev sahibi Rusiya isə Xorvatiya millisi ilə üz-üzə gələcək.

İsveç-İngiltərə matçı Bakı vaxtı ilə saat 18:00-da, Rusiya-Xorvatiya görüşü isə saat 22:00-da başlayacaq.

Çempionatın yarımfinal mərhələsinin görüşləri iyulun 10-11-də oynanılacaq.

Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri