Avq
2018
17:16
92
38
4256
Virtual karabakh

Azərbaycan Premyer Liqasının ilk matçı təxirə salındı

8 Avq, 2018
17:16
4256

Azərbaycan Premyer Liqasının ilk matçı təxirə salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk turunun ilk matçı təxirə salınıb.

Oxu.Az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. 

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Premyer Liqanın 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.

Ağdam təmsilçisinin qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan PFL “Qarabağ” – “Zirə” matçının 10 avqust tarixindən 26 sentyabr tarixinə keçirilməsinə qərar verib.

Qeyd edək ki, Qurban Qurbanov BATE ilə dünənki oyundan sonra keçirdiyi mətbuat konfransında PFL-ə müraciət edəcəklərini bildirmişdi. Bununla da Azərbaycan Premyer Liqasının açılışı ölkə çempionu “Qarabağ”ın iştirakı ilə keçirilməyəcək.

Açılış matçı avqusun 11-də, saat 20:00-da Mərdəkandakı “Dalğa Arena”da “Sumqayıt” və “Neftçi” komandalarının iştirakı ilə keçiriləcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri