30 
Avq
2018
02:01
128
22
12288
Virtual karabakh

Çempionlar Liqasının bütün iştirakçıları bəlli oldu - SİYAHI

30 Avq, 2018
02:01
12288

Çempionlar Liqasının bütün iştirakçıları bəlli oldu - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018/19 mövsümü üçün UEFA Çempionlar Liqasında iştirak edəcək 32 komandanın hamısının adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, sonuncu iştirakı dəqiqləşən komandalar “Benfika”, PSV və “Srvena Zvezda” olub.

Beləliklə, cari mövsüm Çempionlar Liqasında iştirak edəcək komandalar bunlardır:

“Real”, “Atletiko”, “Barselona”, “Valensiya” (hamısı İspaniya), “Bayern”, “Şalke 04”, “1899 Hofenhaym”, “Borusiya” D. (hamısı Almaniya), “Mançester Siti”, “Mançester Yunayted”, “Totenhem Hotspur”, “Liverpul” (hamısı İngiltərə), “Yuventus”, “Napoli”, “Roma”, “İnter” (hamısı İtaliya), “Pari Sen-Jermen”, “Monako”, “Lion” (hər üçü Fransa), “Lokomotiv”, ÇSKA (hər ikisi Rusiya), “Portu”, “Benfika” (hər ikisi Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Brüqe” (Belçika), “Qalatasaray” (Türkiyə), “Viktoriya” (Çexiya), “Ayaks”, PSV (hər ikisi Hollandiya), AEK (Yunanıstan), “Yanq Boyz” (İsveçrə), “Srvena Zvezda” (Serbiya).

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkatması sabah Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri