Okt
2018
11:49
222
14
5891
Virtual karabakh

“Arsenal”ın beş futbolçusu Bakıya gəlmir

3 Okt, 2018
11:49
5891

“Arsenal”ın beş futbolçusu Bakıya gəlmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq “Arsenal”ın Bakıda hansı oyunçuların xidmətindən istifadə etməyəcəyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Brentford”la Liqa Kuboku matçında zədələnmiş 18 yaşlı hücumameyilli yarımmüdafiəçi Emil Smit Rouv artıq sağalsa da, London klubu dörd oyunçunun xidmətindən zədə səbəbindən istifadə edə bilməyəcək.

Bunlar Petr Çex, Loran Kosyelni, Enzli Meytlənd-NaylzDinos Mavropanosdur. Qapıçı Çex son Premyer Liqa görüşündə sol dizaltı vətərindən zədə alıb. Onun məşqlərə 3-4 həftə sonra qoşulacağı gözlənilir.

Enzli Meytlənd-Naylzın sol baldır sümüyündə çatlar var. Amma artıq o, sağalmaq üzrədir və oktyabrın əvvəllərində sıraya dönəcək. Ancaq “Qarabağ”la görüşdə meydanda olmayacaq.

Tam adı Konstantinos Mavropanos olan 20 yaşlı mərkəz müdafiəçisi qasıq nahiyəsindən əziyyət çəkir. Yunan futbolçunun oktyabrın sonlarında məşqlərə qoşulacağı gözlənilir.

“Arsenal”ın kapitanı Loran Kosyelninin zədəsi isə daha ciddidir. Sağ daban vətərində zədəsi olan fransalı mərkəz müdafiəçisi ən yaxşı halda gələn ay sıraya qayıdacaq.

Bundan başqa, “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan da məlum səbəblərdən Bakıya gəlməyəcək.

Qeyd edək ki, “Arsenal”ın saat 17:00-da Bakıda olacağı gözlənilir.

Səbuhi MUSAYEV
www.oxu.az
  

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri