10 
Dek
2018
12:57
129
59
10702
Virtual karabakh

Rəşad Sadıqov millidəki istefalar barədə: Gözləmirdim

10 Dek, 2018
12:57
10702

Rəşad Sadıqov millidəki istefalar barədə: Gözləmirdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Oxu.Az-a müsahibəsi

– Qurban Qurbanovun millidən gedişi sizin üçün gözlənilməz olmadı?

– Şəxsən mənim üçün gözlənilməz oldu. Son gündə belə bir hiss var idi. Ancaq ondan əvvəl bunu düşünmürdüm.

– Qurban Qurbanov millidən getdiyi üçün siz də 21 yaşadək yığmadakı baş məşqçi postundan ayrıldınız?

– Mən Qurban Qurbanovun gedişini bilmirdim. Mənimlə yolların ayrılacağını iki gün öncə demişdilər. Ancaq Qurban Qurbanovun gedişini iclasdan sonra bildik. Mən iki gün əvvəl gedişimi bilirdim.

– Gedişinizin səbəbini soruşdunuz?

– Bu barədə hazırda çox danışmaq istəmirəm. Çox iş gördüyümüzü düşünürəm. Əziyyət çəkdik, Azərbaycan futbolunun halal xoşu olsun. Təki gördüyümüz işlərdən növbəti seçmə mərhələdə yararlansınlar. Özünüz də görürdünüz ki, hər oyunda 5-6 gənc futbolçuya şans verirdik.

Komanda formalaşmışdı. Əslində, bir ay qabaq mənimlə növbəti dövrə üçün görüş keçirilmişdi. Orada gələcək planlardan danışdıq. Qarşıma II-III yerləri tutmaq hədəfi qoyuldu. Özüm də bildirdim ki, mən də qarşıma böyük hədəflər qoymuşam və çalışacağam ki, istəyimizə çataq. Ancaq indi qərar budur, mən də buna hörmətlə yanaşıram.

– Sizə əvvəldən nəticələrin önəmli olmadığı, yeni gənclərin üzə çıxarılması tapşırılmamışdı?

– Belə deyilmişdi. 

– Amma son dövrədəki uğursuzluğa görə göndərildiniz...

– Əslində, uğursuz çıxış etdiyimizi deməzdim. Son üç görüşdə oyunumuzu gördünüz. Norveçlə matçda yaxşı çıxış etsək də, üç kobud səhvə görə uduzduq. İsraili məğlub da edə bilərdik, penalti qaçırmışdıq. Bildirildi ki, artıq belə rəqiblərə qarşı komandanı hazırlamısansa, gələn dövrədə II-III yerləri tutmaq olar. Onsuz da II yeri tutmağı öz qarşıma məqsəd qoymuşdum.

– Hazırda baş məşqçi kimi heç yerdə çalışmırsınız. “Qarabağ”ın 19 yaşadək komandasına yenidən qayıtmağınız mümkündür?

– Yox. Ən azından yaxın vaxtlarda belə şey gözlənilmir. Bütün diqqətimi “Qarabağ”a yönəltmişəm. Çempionatın ikinci yarısı üçün bütün gücümüzü ortaya qoyacağıq. 

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri