13 
Dek
2018
16:33
119
14
2616
Virtual karabakh

Millimizin sabiq baş məşqçisinin oğlu Misirdə medal qazandı

13 Dek, 2018
16:33
2616

Millimizin sabiq baş məşqçisinin oğlu Misirdə medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misirin paytaxtı Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının V ağırlıqqaldırma idmanı üzrə çempionatı başa çatıb. 

Oxu.Az xəbər verir ki, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üç üzvü iştirak edib.

-96 kq çəki dərəcəsində körpücük üzərinə iki atletimiz çıxıb. Nailxan Nəbiyev toplam 333 kq (146 + 187) nəticə ilə VI, Kamran İsmayılov isə 325 kq (145 + 180) nəticə ilə VIII yeri tutub.

-102 kq çəki dərəcəsində isə ölkəmizi Əliş Nəzərov təmsil edib. O, fəxri kürsüyə qalxmağı bacarıb. Nəzərov 309 kq (142 + 167) nəticə ilə gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Əliş Nəzərov millimizin sabiq baş məşqçisi, Ağır Atletika Federasiyasının sabiq I vitse-prezidenti, hazırda həmin qurumun Hakimlər Kollegiyasının üzvü olan Vahid Nəzərovun oğludur.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri