28 
Dek
2018
12:52
87
42
7773
Virtual karabakh

“Qarabağ”ın legioneri: Zubirin driblinqi Modriçdən daha yaxşıdır

28 Dek, 2018
12:52
7773

“Qarabağ”ın legioneri: Zubirin driblinqi Modriçdən daha yaxşıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev sosial şəbəkədə fanatlarının suallarını cavablandırıb.

Oxu.Az xəbər verir ki, müxtəlif mövzularda danışan futbolçuya azərbaycanlı azarkeşlər də sual ünvanlayıb:

– Sizcə, dünyanın ən yaxşı klubu hansıdır?

– “Liverpul”.

– Meydanda ən çətin rəqibiniz kim olub?

– Kilian Mbape.

– Ronaldu, yoxsa Messi?

– Kriştianu.

– İstirahət üçün ən yaxşı yer.

– Dubay.

– Sizin üçün “İmarət Tayfa” nə deməkdir?

– Futbolun məqsədi.

– “Qarabağ”ın ən güclü futbolçusu kimdir?

– Mahir Mədətov, Abdulla Zubir, Yakub Jezniçak, Dani Kintana, Qara Qarayev, Araz Abdullayev, Miçel, Donald Qerye, Filip Ozobiç.

– Niyə altı nömrəli formanı sevirsiniz?

– Çünki futbola altı yaşımda gəlmişəm.

– Bolqarıstanın tarixində ən yaxşı futbolçu.

– Xristo Stoiçkov.

– Bakı, yoxsa Dubay?

– Bakı.

– Kriştianu Ronaldu haqda nə düşünürsünüz?

– Futbol tarixində ən qüsursuz futbolçu.

– Zubir, yoxsa Luka Modriç?

– Zubirin driblinqi Modriçdən daha yaxşıdır.

– “Qarabağ”da xoşbəxtsiniz?

– Bəli.

– Hansı bolqar futbolçu ilə “Qarabağ”da oynamaq istərdiniz?

– Dimitar Evtimov, Bojidar Çorbaciyski, Milen Qamakov və Georgi Milanovla birlikdə.

– Daha güclü komandada oynaya bilərsiniz?

– Bəli, amma bunun üçün çox çalışmaq, daha istəkli olmaq lazımdır. Həm də yaxşı menecerə sahib olmalısan.

– Bolqarıstana qayıtmaq barədə düşünürsünüz?

– Hələlik, belə bir planım yoxdur. Amma gələcəkdə nəyin necə olacağını heç kim bilmir.

– Ağdam haqda nə bilirsiniz?

– Hər şeyi.

– Məsut Özil, yoxsa Modriç?

– Modriç.

– Futbolçu olmasaydınız, nə olardınız?

– Peşəkar FIFA Play Station oynayan.

– Növbəti mövsüm “Qarabağ” Çempionlar Liqasına düşə biləcəkmi?

– Biz bunun üçün əlimizdən gələni edəcəyik. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri