Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Güləş millimiz ilin ilk turnirindən medalla qayıdır - FOTO
İranın Əndimeşk şəhərində keçirilən yunan-Roma güləşi üzrə “Təxti kuboku” başa çatıb.
Oxu.Az xəbər verir ki, 39-cu dəfə təşkil olunan ənənəvi yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında on güləşçi təmsil edib.
İran, Azərbaycan, Gürcüstan, Ermənistan, Kuba, Çin, Xorvatiya, Serbiya və Fələstin pəhləvanlarının mübarizə apardığı turnirdə Azad Əliyev (-72 kq) gümüş, Ziyad Zeynalov (-55 kq) və Arif Niftullayev (-97 kq) isə bürünc medal qazanıb. Mikayıl Rəhimov (-60 kq), Zaur Nuriyev (-63 kq), Kərim Cəfərov (-67 kq) və Elməddin Ramazanov (-82 kq) beşinci yerlə kifayətlənib.
Komanda hesabında millimiz 134 xalla ikinci yeri tutub. İran (240) birinci, Gürcüstan (109) isə üçüncü olub.
Qeyd edək ki, III dərəcəli beynəlxalq hakimimiz Elgün Məmmədov yarışda ədaləti qoruyub.