13 
Fev
2019
16:43
60
57
1313
Virtual karabakh

Şahmat Yay Olimpiya Oyunlarının proqramına salına bilər

13 Fev, 2019
16:43
1313

Şahmat Yay Olimpiya Oyunlarının proqramına salına bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahmat 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına daxil edilə bilər.

Oxu.Az xəbər verir ki, Fransa Şahmat Federasiyası (FŞH) bu məqsədlə Fransa Olimpiya Komitəsinə (FOK) müraciət edib.

FŞH-nın prezidenti Bəşər Kuatli Parisdə keçirdiyi mətbuat konfransında deyib ki, müraciət Beynəlxalq Şahmat Federasiyasına (FIDE) dəstək olmaq üçün edilib. FOK bu müraciətə baxdıqdan sonra onu Beynəlxalq Olimpiya Komitəsinə yönəldə bilər.

Daha əvvəl FIDE-nin rusiyalı prezidenti Arkadi Dvorkoviç şahmatın Olimpiada proqramına salınacağına əmin olmadığını və hamını bu məsələyə real baxmağı çağırıb. Mütəxəssislərin fikrincə, şahmat rəsmi olmasa da, nümayiş xarakterli idman kimi proqrama daxil edilə bilər.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri