16 
Mar
2019
09:38
323
19
3402
Virtual karabakh

Atletimiz dünya birincisi oldu - FOTO

16 Mar, 2019
09:38
3402

Atletimiz dünya birincisi oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında səkkizinci dünya birinciliyi başa çatıb. 

50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər.

Son olaraq körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Rəhman Kazımov çıxıb. O, +102 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 131 kq-ı ram edərək beşinci yeri tutub.

Təkanla qaldırma hərəkətində isə Rəhman tarixi uğurla yadda qalıb. Hər üç yanaşmasını uğurla yerinə yetirən idmançımız 174 kq-ı başı üzərinə qaldırmağı bacarıb. 

Bu nəticə ilə o bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb.

Azərbaycan yeniyetmə ağır atletikası tarixində bu günə qədər heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmamışdı.

Bu baxımdan Kazımovun medalı bir ilkdir.

Toplam 305 kq (131+174) nəticə ilə Rəhman Kazımov yekun sıralamada dördüncü yeri tutub.

Yarışı toplam altı medal – beş kiçik (bir qızıl və dörd bürünc medal) və bir böyük (bürünc medal) medalla bitirən Azərbaycan yığma komandası dünya birinciliyində beşinci yeri tutub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri