19 
Mar
2019
14:40
38
206
3783
Virtual karabakh

Daha iki idmançımızda dopinq tapıldı

19 Mar, 2019
14:40
3783

Daha iki idmançımızda dopinq tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha iki idmançısı dopinqə düşüb.

Oxu.Az xəbər verir ki, bunlar bodibildinqçi Mürsəl Kərimov və cüdoçu Məhəmməd Rizvanovdur.

Hər iki idmançı dörd illik cəzalandırılıb. Onların cəzası bu ilin yanvarından hesablanır.

Qeyd edək ki, Mürsəl Kərimov 90 kq çəki dərəcəsində ötən ilin noyabrında bodibildinq üzrə Azərbaycan çempionatında bürünc medal qazanmışdı. O, Milli Anti-Dopinq Agentliyi tərəfindən cəza ilə üzləşən dördüncü bodibildinqçi, legioner Məhəmməd Rizvanov isə ikinci cüdoçudur. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri