25 
Mar
2019
23:21
499
26
6310
Virtual karabakh

Türkiyə millisi Moldovanı darmadağın etdi - VİDEO

25 Mar, 2019
23:21
6310

Türkiyə millisi Moldovanı darmadağın etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə futbol yığması AVRO-2020-nin təsnifat mərhələsi çərçivəsində Moldova komandasına qalib gəlib.

Oxu.Az-ın məlumatına görə, H qrupunda yer alan komandaların görüşü meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyənin heyətində Hasan Ali Kaldırım (24-cü dəqiqə), Cenk Tosun (26, 53) və Kaan Ayhan (70) fərqlənib. Komanda 53-cü dəqiqədə Burak Yılmaz vasitəsilə penaltidən yararlana bilməyib.

Bu Türkiyə yığmasının təsnifat mərhələsində keçirdiyi ikinci görüşdə ikinci qələbəsi idi, Moldova hər iki oyunu uduzub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri