Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“ShamkirChess 2019” başa çatdı
Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirinə yekun vurulub.
Sonuncu - IX turda Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə, Teymur Rəcəbov isə çexiyalı David Navara ilə heç-heçə edib.
Hazırkı dünya çempionu və turnirin qalibi Maqnus Karlsen isə yenə qələbə qazanıb. O, rusiyalı Aleksandr Qrişuku məğlub edib.
IX tur
9 aprel
Maqnus Karlsen (Norveç) - Alekandr Qrişuk (Rusiya) - 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
Dinq Liren (Çin) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Qeyd edək ki, Maqnus Karlsen 9 turdan sonra 7 xal toplayıb. Dinq Liren və Sergey Karyakin 5 xalla 2-3-cü, Alekandr Qrişuk, Vişvanatan Anand, Teymur Rəcəbov 4,5 xalla 4 - 6-cı yerləri bölüşdürüblər. 4 xalı olan Veselin Topalov və David Navara 7-8-ci yerləri tutublar. Turniri qələbəsiz tərk edən Şəhriyar Məmmədyarov 3,5 xalla 9-cu, Aniş Giri isə 3 xalla 10-cu olub.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər