18 
Apr
2019
10:45
58
16
1837
Virtual karabakh

“Arsenal” və “Benfika” üstünlüyünü qoruya biləcəkmi?

18 Apr, 2019
10:45
1837

“Arsenal” və “Benfika” üstünlüyünü qoruya biləcəkmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. 

Oxu.Az xəbər verir ki, baş tutacaq dörd qarşılaşmadan sonra yarımfinalçılar müəyyənləşəcək.

Əsas diqqət mərkəzində olan görüşlər İtaliyanın Neapol və Almaniyanın Frankfurt şəhərində olacaq. “Arsenal”ın Bakıdakı finala gəlib-gəlməməsini hardasa bu matç da müəyyənləşdirəcək.

London təmsilçisi öz meydanında “Napoli” üzərində sərfəli nəticə qazandığından, Apennin yarımadasına nisbətən rahat yollanacaq.

Lissabonda “Ayntraxt”ı 4:2 hesabı ilə məğlub edən “Benfika” isə bu üstünlüyü Almaniyada qorumağa çalışacaq.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası

1/4 final, cavab oyunları

23:00 “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)

Neapol. “San Paolo” stadionu

İlk oyun – 0:2

23:00 “Valensiya” (İspaniya) – “Vilyareal” (İspaniya)

Valensiya. “Mestalya” stadionu

İlk oyun – 3:1

23:00 “Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya)

Frankfurt. “Komersbank Arena”

İlk oyun – 2:4

23:00 “Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya)

London. “Stemford Bric” stadionu

İlk oyun – 1:0

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri