12 
May
2019
14:12
25
336
11553
Virtual karabakh

Gənclər və İdman Nazirliyindən Mxitaryanla bağlı AÇIQLAMA

12 May, 2019
14:12
11553

Gənclər və İdman Nazirliyindən Mxitaryanla bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Gənclər və İdman Nazirliyi “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın mayın 29-da Avropa Liqasının finalı ilə əlaqədar təhlükəsizlik məsələsinə dair açıqlama verib. 

Oxu.Az-a verilən xəbərə görə, açıqlamada bunlar qeyd olunur: 

“Henrix Mxitaryanın mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi məsələsinə gəldikdə, bildirmək istərdik ki, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib. Odur ki, deyilənlər heç bir reallığa sığmır”.

Qeyd edək ki, “Arsenal” klubu təhlükəsizlik təminatına dair məktub almadığını iddia edir.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri